“Səba” broyler BAĞLANDI?   - YENİLƏNİB
20 avqust 2024 13:45 (UTC +04:00)

“Səba” broyler BAĞLANDI? - YENİLƏNİB

“Səba Broyler” bağlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Səba Broyler” ASC-dən Lent.az-a daxil olan məlumatda bildirilir ki,  reallıqda “Səba” markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılmayıb. Bu istehsalı “Səba Broyler” ASC-nin yaratdığı "Chiken Pro" MMC həyata keçirir.

"MMC-rəhbərliyindən verilən məlumata görə, istehsal müəssisəsinin yenidən qurulması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi üçün zəruri investisiya qoyuluşu həyata keçiriləcək".

***

saat 11:34

"Səba" Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb.

Bu barədə Lent.az-a şirkətdən məlumat verilib.

Bildirilib ki, şirkət avqustunda 1-dən istehsalı dayandırıb:

"Hələ ki, işçilərin və şirkətin taleyi ilə bağlı dəqiq bir qərar yoxdur. Sadəcə satış məntəqələri bağlanıb, istehsal dayanıb. İşçilərin bəziləri işdən ayrılıb".

Xatırladaq ki, 1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba" ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır. 

Qeyd edək ki, bu barədə ilk xəbəri "iqtisadiyyat.az" saytı yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10326
avatar

Fidan İlqar

Oxşar yazılar