Sazan balığı sümüksüz olacaq
31 dekabr 2025 11:03 (UTC +04:00)

Sazan balığı sümüksüz olacaq

0

Çin alimləri gen mühəndisliyindən istifadə edərək sazan balığının yeni növünü yaradıblar.

Lent.az “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, alimlər sümüklərin inkişafına cavabdeh olan geni bloklayaraq balığın yeyilməsi zamanı narahatlıq yaradan nazik sümükləri aradan qaldırıblar.

Sazan bir çox insanlar üçün delikates hesab olunsa da, balıqda çoxlu sayda nazik sümüklərin olması onu yemək üçün az sevilən növlərdən birinə çevirir.

Alim Quy Tsyanfanın sözlərinə görə, yeni sazan növünün yaradılması layihəsi artıq son mərhələyə çatıb. Hazırda mütəxəssislər genetik modifikasiya olunmuş sazanın kommersiyalaşdırılması imkanlarını müzakirə edirlər.

Onun sözlərinə görə, əsas nailiyyət balığın qida kimi istifadə edilməsi zamanı ən çox narahatlıq yaradan xırda, incə sümüklərin aradan qaldırılması olub.

Balıqda əsas sümüklər, o cümlədən qabırğalar və onurğa sütunu saxlanılıb, lakin bütün əzələlərarası nazik sümüklər yoxa çıxıb.

Quy Tsyanfan vurğulayıb ki, əsas sümüklərin çıxarılması mümkün deyil, çünki bu halda balıq yaşaya bilməz.

Yeni sazan növü daha sürətli böyüməsi üçün də genetik modifikasiyaya məruz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar