Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 17:16 (UTC +04:00)

Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"

Qış aylarında avtomobillərə fəslə uyğun qulluq etmək lazımdır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər bu xüsusda antifrizə daha çox diqqət yönəldir. Onların sözlərinə görə, motorun lazımı temperaturda olması və bu temperaturu qoruması üçün keyfiyyətli soyutma sisteminə ehtiyac var.

Belə ki, qış aylarında bəzi avtomobillərdə soyuqdan donma baş verdiyi üçün antifrizin dəyişdirilməsi lazımdır. Əks halda soyuq havada "termostat" partlayır. Şaxtalı havada bir çox digər problemlər də ortaya çıxır. Problemlərin də ən böyüyü "blok" partlamasıdır. Buna görə də, qış fəslində antifriz mütləq yenilənməlidir.

Ekspertlərin dediyinə görə, bəzi sürücülər bir dəfə antifrizi təzələyir və 2-3 il gedəcəyini düşünür. Ancaq belə deyil. Çünki yayın istisində buxarlanma artdığı üçün antifrizə su əlavə olunur və beləliklə onun keyfiyyəti azalır. Keyfiyyəti azalan antifriz isə mənfi 10 dərəcədə donur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4602
avatar

Mehman Nəbiyev

Oxşar yazılar