Saxta pasport alanların NƏZƏRİNƏ:  "Bu halda..."
29 dekabr 2021 16:35 (UTC +04:00)

Saxta pasport alanların NƏZƏRİNƏ: "Bu halda..."

"Panademiya dövrüdür və insanlar qapalı məkanlara COVID pasportu olmadan buraxılmırlar. Belə olan halda peyvənd vurdurmaq istəməyən vətəndaşlar saxta pasport alıblar. Hazırda 3-cü doza peyvənd vurulmasında da bu kimi hallarla qarşılaşırıq".

Bu sözləri Lent.az-a açıqlamasında "Norma" Hüquq Mərkəzinin direktoru Şamil Paşayev deyib.

O bildirib ki, Saxta COVID pasportu satanlar cinayət məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə məsuliyyətə cəlb olunurlar:

“Saxta pasport alan şəxslər isə Cinayət Məcəlləsinin 320-ci (saxta sənədlərdən istifadə etmə) maddəsi ilə məsuliyyət daşıyırlar. Bəzi adamlar da var ki, saxta pasport alıblar və indi buna görə peşman olublar. Məlumdur ki, onların adları sistemdə peyvənd vurulmuş şəxslər kimi qeyd olunduğu üçün növbəti dəfə müraciət edə bilməzlər. Ona görə də təklif edirəm ki, Cinayət Məcəlləsinin 320-ci, 313-cü, COVID-lə bağlı olan 139-cu və ümumiyyətlə saxta pasport satma, alma ilə bağlı bütün maddələrə qeyd hissəsi əlavə olunsun. Bunu Milli Məclis həyata keçirə bilər. Belə ki, həmin qeyddə saxta pasport alan və saxta pasportu verən şəxslərin bunu könüllü boyunlarına aldıqları təqdirdə cinayət məsuliyyətindən azad olunacaqları bildirilsin. Belə olarsa, insanlar arasında düzgün peyvəndlənmə stimullaşar”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8184
avatar

Aytəkin Cəlali

Oxşar yazılar