Sanki başıma soyuq su töküldü... 24 il sonra Laçına qayıtdım -  MƏŞHUR FOTONUN TARİXİ
10 fevral 2021 19:01 (UTC +04:00)

Sanki başıma soyuq su töküldü... 24 il sonra Laçına qayıtdım - MƏŞHUR FOTONUN TARİXİ

O, bu şəkildən 24 il sonra xəbər tutur. Düz 24 il sonra ona göndərilən bir foto uşaqlığına qaytarır.

Söhbət birinci Qarabağ müharibəsinin məşhur fotolarından birinin sahibi vəkil Valeh Mehrəliyevdən gedir. 36 yaşı var Valeh bəyin. Ömrünün 24 ilini belə bir fotosunun olduğundan xəbərsiz yaşayıb. Özünün xəbəri olmadan fotosu bir çox beynəlxalq mükafatlar alıb.

“Şəkil 1992-ci ilin fevral ayında çəkilib. Laçının işğalından 3 ay əvvəl. Onda mənim 7 yaşım var idi. Düzü, şəkilin çəkildiyi vaxtı xatırlamıram. Çünki foto məndən xəbərsiz çəkilib. Çox güman ki, şəklin müəllifi rusiyalı fotoqraf Oleq Litvindir. Çünki o dövrə aid bir çox məşhur fotoların müəllifi o olub”.

Dərsə gedərkən təsadüfən fotoqrafın kamerasına tuş gəlir və o, bu kadrı qaçırmaq istəmir...

“Təsəvvür edirsiniz, mən bu şəklin varlığından 2016-cı ildə xəbər tutdum. Bibimin qarşısına çıxıb və mənə göndərib. Yaxşı yadımdadır, şəkildə əynimdə gördüyünüz palto və ayaqqabılarımı bibim mənə hədiyyə almışdı. Yəqin ki, elə o da şəklə baxan kimi bunu xatırlayıb”.

Təsadüfən çəkilən bir şəklinizi illər sonra sizə göstərsələr hansı hisləri keçirərdiniz? Bəli, elə Valeh bəy də təəccüb dolu baxışlarla baxır uşaqlıq fotosuna.

“Elə bil başıma buz kimi soyuq su tökdülər. Bir anlıq ilk məktəbimə, ilk müəllimimə qovuşdum. 7 yaşlı Valeh olub Laçındakı evimizə qayıtdım”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4757

Oxşar yazılar

“Qorxmuram” deyən dənizçi zırramadır - KEÇMİŞ GƏMİ KAPİTANI

25 avqust 2025 , 14:57
Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcərdə

25 avqust 2025 , 14:14
Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

25 avqust 2025 , 13:30
Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

25 avqust 2025 , 13:30
Bakının bu ərazilərində qaz kəsilib

Bakının bu ərazilərində qaz kəsilib

25 avqust 2025 , 13:25
Leysan, şimşək, dolu  - Sabahın HAVASI

Leysan, şimşək, dolu - Sabahın HAVASI

25 avqust 2025 , 12:17
Kamran Əliyev bu tarixdə qəbul keçirəcək

25 avqust 2025 , 11:26
Bakını toz bürüdü

Bakını toz bürüdü

25 avqust 2025 , 09:10