Şagirdlərin tərbiyəsizlik etdiyi məktəbin adı MƏLUM OLDU  - RƏSMİ AÇIQLAMA
26 yanvar 2022 14:33 (UTC +04:00)

Şagirdlərin tərbiyəsizlik etdiyi məktəbin adı MƏLUM OLDU - RƏSMİ AÇIQLAMA

Şagirdlərin tərbiyəsizlik etdiyi 165 nömrəli tam orta məktəb açıqlama yayıb.

Məktəbdən Lent.az-a daxil olan açıqlamada bildirilir ki, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib. 

Məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.

Həmçinin, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb.

Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər.

Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.

***

saat 13:27

Xəbər verdiyimiz kimi, 2 gündü sosial şəbəkələrdə məktəbdə şagirdlərin tərbiyəsizlik etməsi ilə bağlı video yayılıb.

Lent.az xəbər verir ki, bu barədə Təhsil Eksperti Kamran Əsədov bildirib ki, həmin video Bakı şəhəri 165 saylı məktəbdə çəkilib:

"Məlum video 165 saylı məktəbdə çəkilib. Biz araşdırıb tapdıq. Dedim Təhsil Nazirliyinin də xəbəri olsun".

Qeyd edək ki, Təhsil Nazirliyi isə dünən həmin videonun Azərbaycanda çəkilməsinin öz təsdiqini tapmadığını açıqlayıb.
 

# 45186
avatar

Aytəkin Cəlali

Oxşar yazılar