“Əyani tədrisə keçid üçün hazırlıq işləri aparılır”.
Lent məlumat verir ki, bu sözləri təhsil nazirinin müavini Firudin Qurbanov deyib. O bildirib ki, pandemiya dövründə ən vacib olan təhlükəsizliyi təmin etmək üçün lazımi işlər aparılacaq:
“Hər bir şagirdin, müəllimin tədris müəssisəsinə daxil olduqda hərarəti yoxlanılacaq.
Müəllimlər məktəblərə daxil olarkən onlardan peyvənd pasportları istəniləcək”.