Məlum olduğu kimi, Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə müəyyən şərtlərlə icazə veriləcək.
Lent.az bununla bağlı bir neçə restoran və şadlıq sarayında olan toy qiymətləri ilə maraqlanıb.
“Sapfir saray”da qiymətlər 100 manatdan başlayır:
“Menyu çeşidlərindən asılı olaraq qiymətlərimiz dəyişə bilər. Hazırda 130-150 manatlıq da menyumuz var. Musiqi, dekor, video üçün qiymətlər isə əlavədir”.
“Simfoniya Hall”da toy qiymətləri 130 manatdan başlayaraq dəyişir:
“50 nəfər üçün qiymət 70 manatdan başlayır. Musiqi, dekor, video üçün qiymətlər isə ayrıdır”.
“Gilavar” şadlıq sarayında toy mərasimləri üçün iki cür menyu hazırlanıb:
“Birinci menyunun qiyməti 50 manat, ikinci menyunun qiyməti isə 60 manatdır".
“Neolit” restoranında menyu çeşidlərindən asılı olaraq qiymətlər dəyişə bilər:
“Ancaq əsasən qiymətlər 100-120 manat aralığında nəzərdə tutulub”.
“Viktoriya” şadlıq sarayında 50 nəfər üçün qiymət 40 manat nəzərdə tutulub, ancaq menyu çeşidlərindən asılı olaraq qiymətlər dəyişə bilir:
“Toy iştirakçılarının sayı artarsa, qiymətləri 38 manata qədər endirə bilərik”.
“Çanaqqala” restoranında qapalı məkanda 50 nəfərə qədər toy mərasimi, nişan, xınayaxdı üçün qiymət 50 manatdan başlayır:
“Açıq havada 150 nəfərə qədər mərasimlərin keçirilməsi qiyməti 60 manatdan başlayır. Bundan başqa 200 nəfərlik böyük zalımız var ki, orada qiymətlər 100 manatdan başlayaraq olacaq”.
“Romance Palace”da iyul ayında ancaq iki gün üçün yer qalıb:
“25 və 26 iyul tarixləri hazırda boşdur. Toy qiymətləri isə 150-200 manatdan başlayır”.
“Ağ saray” şadlıq evində həm iyul, həm də avqust ayı üçün ancaq həftəiçi günlərdə boşluq var:
“Hər iki ay üçün şənbə-bazar günləri doludur. Qiymətlərimiz 120 manatdan başlayır. Həmçinin 150 və 200 manatlıq da seçimlərimiz var”.
Qeyd edək ki, “Xezinə Palace”da qiymətlər 45 manatdan, "Lido" restoranında isə 60 manatdan başlayır.