Sabunçu Tibb Mərkəzinin baş həkimi işdən çıxarılıb.
Lent.az-ın sorğusuna TƏBİB-dən bildirilib ki,"Sabunçu Tibb Mərkəzi" publik hüquqi şəxsin direktorun müavini-baş həkim İlahə Şükürova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 7 oktyabr 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilib.
Beləcə, onunla bağlanmış 7 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilib.