Sabahdan daha bir marşrut xətti avtobuslarında ödəniş “BakıKart” vasitəsilə ödəniləcək.
Lent.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Baş direktor bildirib ki, sentyabrın 3-dən 194 nömrəli marşrut xəti üzrə hərəkət edən avtobuslar da “BakıKart”a keçəcək.