Sabah hava yazdakı kimi  olacaq - PROQNOZ
18 noyabr 2025 12:07 (UTC +04:00)

Sabah hava yazdakı kimi olacaq - PROQNOZ

0

Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11, gündüz 17-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar