Sabah hava necə olacaq? - PROQNOZ
15 noyabr 2021 13:21 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Noyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Lent.az-a verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.   
Havanın temperaturu gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq.

Bakıda gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi  761  mm civə sütunundan 775mm civə sütununa yüksələcək.  Nisbi rütubət 70-80 %  olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, isə noyabrın 16-da Abşeron  yarımadasında güclü xəzri küləyi fonunda temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  4-8° isti olacaq.
 

# 1446
avatar

Aytəkin Cəlali

Oxşar yazılar