Sabah güclü leysan yağacaq -  PROQNOZ
19 oktyabr 2021 12:28 (UTC +04:00)

Sabah güclü leysan yağacaq - PROQNOZ

Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz qısamüddətli fasilə olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-16° isti, Bakıda gecə 12-14° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə, oktyabrın 20-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü və mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
 

# 6627
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar