Sabah güclü külək əsəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometerologiyadan Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 28-də şimal-qərb küləyinin 15-18 m/s olacağı, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi, hava şəraitinin yanvarın 27-si axşam, 28-i gecə və səhər arabir yağıntılı olacağı gözlənilir.
Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var.