Sabah bu rayonda  qaz olmayacaq
04 iyul 2022 15:46 (UTC +04:00)

Sabah bu rayonda qaz olmayacaq

Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Lent.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Düvannı-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 6-7-ci km-lər və 9-10-cu km-lər arası hissələrinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar,5 iyul tarixində saat 08:00-dan işlər başa çatanadək “Səngəçal”, “Sement zavod” QPS-lərdən və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, Yol evləri, Bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 2349
avatar

Aytəkin Cəlali

Oxşar yazılar