Sabah Xocalı prospekti istiqamətində hərəkət edən bir sıra marşrut xətlərinin hərəkət qrafiki dəyişdiriləcək.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, dəyişiklik ümumilikdə 7 müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edir. Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.
Dəyişiklik fevralın 26-ı səhər saat 8:00-dan məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək.