Sabah Bakının bu rayonunda  qaz kəsiləcək
13 noyabr 2025 17:33 (UTC +04:00)

Sabah Bakının bu rayonunda qaz kəsiləcək

0

Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz"dan bildirilib. 

Məlumata görə, Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin görülməsi məqsədilə noyabrın 14-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar