Sabah Bakının bu ərazilərində qaz olmayacaq
06 oktyabr 2025 18:33 (UTC +04:00)

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

0

Yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, qaz kəməri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri səbəbindən oktyabrın 7-də saat 10:00-dan işlər başa çatanadək Maştağa və Əmircan qəsəbələrini qidalandıran qaz xətlərində, həmçinin “Qanlı göl” ərazisində yerləşən qaz xəttində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Lent.az-a bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun Əmircan qəsəbəsinin bir hissəsinin, A.Rzayev, M.Mustafayev və S.Bəhlulzadə küçələrinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Şəfai, Xanlar, Zərdabi və Mehdi Hüseyn küçələrinin, eləcə də Yasamal rayonunun 7-ci Alatava, Ü.Əkbərov və D.Bünyatzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar