Sabah 33 dərəcə isti olacaq -  PROQNOZ
20 sentyabr 2021 12:42 (UTC +04:00)

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

Sentyabrın 21-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22° isti, gündüz 26-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 761mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

# 1014
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar