Rüşvətə görə işdən qovulmuş direktorla bağlı RƏSMİ AÇIQLAMA
22 oktyabr 2022 15:42 (UTC +04:00)

Rüşvətə görə işdən qovulmuş direktorla bağlı RƏSMİ AÇIQLAMA

İşdən azad olunmuş direktora başqa vəzifə verilməyib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə səs yazısı yayılmış İbrahimova Esmira  Famil qızının məktəb direktoru vəzifəsindən azad edilərək, Abşeron-Xızı Regional Təhsil İdarəsinə metodist vəzifəsinə təyin edilməsi haqqında deyilənlər həqiqəti əks etdirmir.

Belə ki, adı çəkilən şəxs 2012-ci ildən keçmiş Sumqayıt şəhər Təhsil Şöbəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodist vəzifəsində çalışır. Həmçinin E.İbrahimova bir neçə il öncə vakant olan Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivində yerləşən 32 nömrəli tam orta məktəbə Sumqayıt şəhər təhsil şöbəsi tərəfindən  müvəqqəti direktor əvəzi vəzifəsinə təyin edilib. Bu müddət ərzində həmin məktəbin direktor vəzifəsi müntəzəm olaraq direktorların işə qəbulu müsabiqəsinə vakant yer kimi elan edilmiş, lakin vəzifə tutulmadığından E.İbrahimova direktor səlahiyyətlərinin müvəqqəti icrasını davam etdirib. 

Cari ilin sentyabr ayında məlum səs yazısı aşkara çıxdıqdan sonra Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb və 19.09.2022-ci il tarixli K-239 nömrəli əmrlə direktor vəzifəsinin həvaləsi E.İbrahimovadan götürülüb. Eləcə də məsələ ilə əlaqədar şəhər Prokurorluğunda araşdırma başlanılıb. Araşdırmanın nəticəsinə əsasən, E.İbrahimova barəsində müvafiq tədbir görüləcək.

Təəssüflə bildiririk ki, bəzi media qurumları məsələnin mahiyyətinə varmadan həqiqi olmayan məlumatı yaymaqla doğru xəbər prinsipinə əməl etmirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4749
avatar

Sevinc Fərid

Oxşar yazılar