Rusiyadan Azərbaycana gətirilən tonlarla məhsul yararsız çıxdı - FOTO
04 iyun 2021 14:55 (UTC +04:00)

Rusiyadan Azərbaycana gətirilən tonlarla məhsul yararsız çıxdı - FOTO

Azərbaycana idxal edilən toyuq dərisinin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı Rusiya Federasiyasında fəaliyyət göstərən TK “RESURS-YUQ” tərəfindən istehsal olunan və “Azfood Company” MMC (7,3 ton) və "Hereti Bottling Company" MMC (4,7 ton) tərəfindən ölkəmizə idxal edilən ümumi çəkisi 11,94 ton toyuq dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

# 2451
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar