"Repitetorluq xidmətinin də fevralın 1-dən müəyyən say gözlənilməklə və qaydalara riayət olunmaqla bərpası nəzərdə tutulur".
Lent.az məlumat verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə bildirib. O qeyd edib ki, burada 10 nəfərdən çox olmamaqla sözügedən xidməti bərpa etmək olar.