Rayonlardan qayıdan sürücülərə daha bir MÜRACİƏT: "Tələskənlik etməyin!"
30 mart 2026 15:32 (UTC +04:00)

Rayonlardan qayıdan sürücülərə daha bir MÜRACİƏT: "Tələskənlik etməyin!"

0

Bayram günlərinin başa çatması ilə ölkə üzrə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların hərəkəti artıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumatda bildirilir ki, bu səbəbdən, xüsusilə magistral yollarda və şəhərlərə giriş-çıxışlarda intensiv hərəkət müşahidə olunur:

"Sürücülərdən xahiş edirik ki, bunu nəzərə alsınlar, yolda tələskənliyə yol verməsinlər, ötmə və manevr qaydalarına xüsusi diqqət etsinlər, nəqliyyat vasitələri ilə ara məsafəsini qorusunlar. Eyni zamanda, piyadalardan da xahiş edirik ki, yolu keçərkən diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hər bir yol hərəkəti iştirakçısının qaydalara riayəti ümumi təhlükəsizliyə xidmət edir. Hər kəsin məsuliyyətli davranışı yolumuzun təhlükəsizliyinin təminatıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar