
Rayonda natəmiz şəraitdə ət məhsulları istehsal edən sex aşkarlandı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Lək kəndində yerləşən, fiziki şəxs Qurbanov Mərhəmət Mütalif oğluna məxsus ət və ət məhsullarının istehsalı sexinə baxış keçirib.
Agentlikdən Lent.az-a verilən məlumata görə, baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Müəssisədə texnoloji ardıcılıq prinsipinə əməl olunmadığı, 1 və 3 kiloqramlıq polietilen paketlərdə qablaşdırılan sosiskaların üzərində istehlakçı üçün zəruri olan məlumatların öz əksini tapmadığı, istehsalda istifadə olunan suyun filtrdən keçirilmədiyi və laborator müayinələrinin aparılmadığı, məhsulların bişirilməsində istifadə olunan sobanın üzərində termometrin quraşdırılmadığı, ət və ət məhsullarının baytarlıq ekspertizasından keçirilmədən istehsal edildiyi, havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, anbarda saxlanılan xammalların üzərində markalanmanın aparılmadığı, işçilərin ilkin və dövri olaraq tibbi müayindən keçirilmədiyi məlum olub.
Müəssisədə istehsal olunan “Fərqli Dad” nişanlı bişmiş, hisə verilmiş kolbasadan və sosiskadan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müəssisənin fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir.

Oxşar yazılar

Mehriban Əliyeva xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
8 mart 2021 , 10:13
Peşəsi ilə sağollaşmağa hazırlaşan rəisin sirlərini öyrəndik: “Polis səngərsiz əsgərdir” - MÜSAHİBƏ
8 mart 2021 , 10:00
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2021 , 00:01
Küləkli havada avtomobillərinizi bu yerlərdə saxlamayın - XƏBƏRDARLIQ
7 mart 2021 , 16:57
Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi
7 mart 2021 , 16:30
İki şagird imtahandan qovuldu
7 mart 2021 , 16:18
Dövlət qulluqçusu olmaq istəyənlər üçün bu imtahanlar başa çatdı-NƏTİCƏLƏR
7 mart 2021 , 16:01
Azərbaycanda son sutkada koronavirusa yoluxma 400-ü ötdü
7 mart 2021 , 14:33