Bu gün səhər saatlarından Gədəbəyə qar yağmağa başlayıb.
APA-nın yerli bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü rayon mərkəzində 5-10, dağ kəndlərində isə 15-20 sm təşkil edir.
Qarın yağması nəticəsində qazın, elektrik enerjisinin, suyun verilişində fasilə yaranmayıb. Dağ kəndlərinə gedən yollarda avtomobilərin hərəkətində çətinliklər qeydə alınmayıb.
Hazırda rayona qarın yağması davam edir.