Ramazanın 20-ci gününün  DUASI  - Bu gün QƏDR GECƏSİDİR
03 may 2021 19:00 (UTC +04:00)

Ramazanın 20-ci gününün DUASI - Bu gün QƏDR GECƏSİDİR

Bu gün Ramazan ayının iyirminci günüdür. Ramazan təqviminə əsasən, iftar vaxtı saat 19:53-dür.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirminci gününün iftar duasını təqdim edir: 

İftar duası:

"Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".

Tərcüməsi:

"İlahi, bu ayda mənim üçün cənnət qapılarını aç, cəhənnəm qapılarını bağla. Məni bu ayda Quran oxumağa müvəffəq et, ey möminlərin qəlblərinə rahatlıq salan Allah!"

Bu gün Azərbaycanda ikinci Qədr (Əhya) gecəsidir. ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir. 

Qeyd edək ki, ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edib. Ramazanın 22-ci (5 may) və 26-cı günləri (9 may) də Qədr gecələri olacaq. 

Allah orucunuzu qəbul etsin!

# 2439
avatar

Nigar Adil

Oxşar yazılar