Ramazan ayının 29-cu gününün DUASI
12 may 2021 19:00 (UTC +04:00)

Ramazan ayının 29-cu gününün DUASI

Bu gün Ramazan ayının 29-cu günüdür. Ramazan təqviminə əsasən, iftar vaxtı saat 20:02-dədir.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirmi doqquzuncu gününün iftar duasını təqdim edir: 

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

# 2004
avatar

Nigar Adil

Oxşar yazılar