Qohumunun qatilindən belə intiqam aldı
13 avqust 2024 05:16 (UTC +04:00)

Qohumunun qatilindən belə intiqam aldı

ABŞ-da 10 yaşlı Keti Kolman 2005-ci ildə təcavüzə məruz qaldıqdan sonra öldürülmüşdü.

Lent.az xəbər verir ki, qatillə eyni həbsxanada məhbus olan uşağın yaxınlarından biri filmlərdə görməyə vərdiş olduğumuz bir üsulla Ketinin qisasını alıb.

O gizlincə Ketinin qatilinin otağına girərək onun alnına döymə ilə “Ketinin intiqamı” yazısını yazıb.

Qeyd edək ki, ABŞ-da yaşayan 10 yaşlı Keti Kolman 2005-ci ildə yoxa çıxıb. Kiçik oğlanın meyiti İpers gölünün yaxınlığında tapılıb. Araşdırma əticəsində məlum olub ki, Kolman təcavüzə məruz qalaraq vəhşicəsinə öldürülüb.

Polis yaxınlıqda yaşayan hər kəsdən DNT nümunələri götürüb və nümunə üç uşaq atası Entoni Rey Stokelmana uyğun gəlib.

Stokelman ömürlük həbs cəzasına məhkum edilsə də Kolmanın qohumu Carred Harris üçün bu cəza kifayət etməyib.

2006-cı ildə törətdiyi cinayətə görə Stokelmanla eyni həbsxanada yatan Harris gizli şəkildə nəhayət öz qisasını alıb.

Hadisə zamanı bu döymənin fotosunu mətbuata sızdırdıqları üçün öz işlərini itirən mühafizəçilər bu vəziyyətdən heç də peşman olmadıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1674
avatar

Oxşar yazılar