Qızını diləndirən ana və ata Narkoloji Dispanserə göndərildi - RƏSMİ
16 iyul 2021 16:41 (UTC +04:00)

Qızını diləndirən ana və ata Narkoloji Dispanserə göndərildi - RƏSMİ

"Ötən gün sığınacağa yerləşdirilən azyaşlının vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları vəziyyətlə yerində tanış olublar".

Lent.az məlumat verilib ki, bununla bağlı Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. O qeyd edib ki, azyaşlı həkimlər tərəfindən artıq müayinə olunub:

"Azyaşlının valideyinləri narkotik vasitə aludəçisidir və uşaq daim nəzarətsiz qaldığından anası tərəfindən dilənməyə məcbur edilib. Narkotik aludəçisi olan valideyinlər isə müayinə üçün Narkoloji Dispanserə göndərilib.

Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir".

# 3141
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar