"Göbəyi düşəndən sonra körpə dərisinə tez- tez edilən vannalar dəriyə qulluqda çox faydalıdır".
Lent.az məlumat verir ki, bu barədə pediatr Günay Rəsulova deyib.
O bildirib ki, körpə dərisi qurumağa, qabıqlanmağa meyillidir:
"Bunun üçün də daimi nəmləndirmə, xüsusilə də çiməndən sonra nəmləndirici krem istifadəsi çox vacibdir. “40-ı çıxsın çimdirərik” deyib körpələrin dərisini pis vəziyyətə salmaq doğru deyil. Şəkildə gördüyünüz körpənin dərisi həm də infeksiyalaşmışdı. Müalicədən 1 həftə sonra isə tamamən düzəldi".