Qazilərin müalicəsi üçün iki ölkədən həkimlər dəvət ediləcək
18 fevral 2021 16:31 (UTC +04:00)

Qazilərin müalicəsi üçün iki ölkədən həkimlər dəvət ediləcək

“YAŞAT”  Fondu tərəfindən Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür. 

Fonddan Lent.az-a verilən məlumata görə, dəvət olunan həkimlər tərəfindən qazilərimizin müayinə, müalicə və əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilər müalicə üçün davamlı şəkildə xaricə göndərilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089
avatar

Oxşar yazılar