Qarabağdakı erməni adları silinir - FOTO
26 aprel 2022 09:42 (UTC +04:00)

Qarabağdakı erməni adları silinir - FOTO

“Google Maps”də Qarabağa aid erməni adlarının silinməsinə başlanılıb.

Bu barədə “Google Maps” eksperti Elvin Hüseynov Lent.az-a danışıb. Onun sözlərinə görə, bu işə özü nəzarət edəcək. Ekspert bildirib ki, prosesə ötən gündən başlayıb. Ad silinmə əməliyyatından sonra dünyanın istənilən nöqtəsindən “Google Maps”də Qarabağda olan erməni mənşəli yer adları tamamilə silinəcək.

E. Hüseynov bu layihənin öz təşəbbüsü əsasında yarandığını qeyd edib.

Xatırladaq ki, ermənilər işğal etdikləri rayonlarımızın adlarını özlərinə məxsus yer adları ilə dəyişdirmişdilər. İşğaldan azad edildikdən sonra dövlət başçısının sərəncamları ilə milli adlar yenidən həmin rayonlara qaytarıldı .

# 3750
avatar

Mehman Nəbiyev

Oxşar yazılar