Qarabağda itkin düşən  Azərbaycan vətəndaşlarının YENİ SAYI
07 yanvar 2026 15:42 (UTC +04:00)

Qarabağda itkin düşən Azərbaycan vətəndaşlarının YENİ SAYI

0

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın sayı yenilənib.

Lent.az Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4004 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Onlardan 3998 nəfəri birinci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir.

I Qarabağ müharibəsində itkin düşən 3998 nəfərdən 3217 nəfəri hərbçilər, 781 (71 uşaq, 287 qadın, 334 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3710 nəfər kişi, 288 nəfər isə qadındır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş 203 nəfər itkin-şəhidin şəxsiyyəti müəyyən edilərək dəfn olunması üçün ailələrinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4459

Oxşar yazılar