Qarabağ münaqişəsinin həllinin Qafqazdakı vəziyyətə təsiri
11 iyun 2024 13:32 (UTC +04:00)

Qarabağ münaqişəsinin həllinin Qafqazdakı vəziyyətə təsiri

Tarixin bütün dönəmlərində xarici qüvvələrin maraq dairəsində olan Cənubi Qafqaz həm də  hər zaman böyük dövlətlərinin maraqlarının kəsişdiyi nöqtə olduğundan bölgədə baş verən proseslərin dünyadakı geosiyasi vəziyyətə bu və ya digər şəkildə təsirləri olur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı siyasi hakimiyyətin səriştəsizliyi və daxili siyasəti düzgün tənzimləyə bilməməsi ölkəmizin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı təhdidlər yaratmışdı. Belə bir dönəmi fürsət kimi dəyərləndirən ermənilərin öz xarici havadarlarının dəstəyi ilə ərazilərimizə qarşı iddiaları birinci Qarabağ müharibəsinin baş verməsi ilə nəticələndi. Şimal qonşumuzun və digər xristian ölkələrin dəstəyi ilə silahlandırılmış ermənilər 20 % ərazilərimizi işğal etdilər. Bir milyona yaxın soydaşımız öz yurdundan qaçqın və məcburi köşkün olaraq qovuldu. Birinci Qarabağ müharibəsindən keçən 30 ilə yaxın müddətdə guya münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyən ölkələrin - Rusiya, ABŞ və Fransanın həmsədrləri ayda bir, üç ayda bir regiona səfər etməklə, bölgə səfərləri sayəsində Cənubi Qafqazı su yoluna döndərsələr də, əslində bu dövlətlərin problemi həll etmək yox, yaranmış vəziyyəti olduğu kimi saxlamağa çalışdıqları hər kəsə aydın idi.

Bu elə 2020-ci ildə Azərbaycan ordusunun başladığı və 44 günlük Vətən müharibəsi zamanı özünü daha qabarıq şəkildə biruzə verdi. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, Azərbaycan ordusunun əsgər və zabitlərinin şücaəti sayəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. 2023-cü ildə ordumuz tərəfindən keçirilən 23 saatlıq antiterror əməliyyatları ilə Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Baxmayaraq ki, Azərbaycanın inamlı qələbəsindən sonra da Avropa və digər Qərb ölkələrinin qapılarında dilənən ermənilərə görə rəsmi Bakıya təzyiqlər və təhdidlər daha da artmışdı, Ali Baş Komandanın qətiyyətli iradəsi, Azərbaycan xalqının öz siyasi lideri ətrafında “Dəmir yumruq” kimi birləşməsi və ümumxalq həmrəyliyini nümayiş etdirməsi Bakı ilə təzyiq və təhdidlə danışmağın mənasız olduğu hər kəsə sübut etdi. Regionda baş verən hadisələrdə Ermənistan hakimiyyətindən çox ermənilik etməyə çalışan və davranışları ilə daha çox siyasətçidən çox sirk oyunçusu təsiri bağışlayan Fransa və onun prezidenti Makronun bütün addımları Azərbaycan tərəfindən iflasa uğradıldı. Rəsmi Bakı Parisin nəinki Azərbaycanla bağlı Türkiyə ilə bağlı əməllərinin də ortaya qoymaqla Fransaya lazımı cavabını verdi. Ona görə də artıq bir çox ölkələr Azərbaycanın regionda yaratdığı dəyişikliklərlə hesablaşmağa başlayıblar. Qarabağ münaqişəsinin həlli və bu problemin həllindən sonra Azərbaycanın reginda və dünyada əməkdaşlıq və sülh yaradılması istiqamətində apardığı siyasəti və atdığı addımları elə alman dəqiqliyi ilə analiz edən rəsmi Berlindən Azərbaycanla münasibətlərin yaxınlaşdırılması istiqamətində gələn dəvət məktubu Bakı tərəfindən geri çevrilmədi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri və orada keçirdiyi görüşlər digər Qərb ölkələrinin də Bakı ilə münasibətləri yaxınlaşdırmaq üçün bir sıra addımlar atması ilə müşayiət olunur.

Regionda dəyişən geosiyasi vəziyyət bir daha dünyaya sübut etdi ki, bu bölgədə maraqları olan ölkələrin burda əməkdaşlıq qurması və iqtisadi və siyasi baxımdan olması üçün başlıca şərt regionun həll edici ölkəsi olan Azərbaycanla münasibətləri nizamlamaqdan keçir. Odur ki, qarşıdakı perspektivdə digər Qərb ölkələrinin də Azərbaycana qarşı qərəzli və yanlış siyasətlərində bir sıra korrektələr və dəyişikliklər etməsi qaçılmaz olacaq.

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsi çərçivəsində hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Oxşar yazılar