Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında
Noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək arabir yağış yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Noyabrın 14-ü gündüzdən 16-dək bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
***
Noyabrın 15-də gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüzdən başlayaraq isə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacaq.
Avtomobil yollarında vəziyyət
Noyabr ayının 15-də əsasən gecə və səhər saatlarında ölkə ərazisində magistral avtomobil yollarının ayrı-ayrı hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.