"Qapanmalar "Omicron"la bağlı vəziyyəti dəyişməyəcək" - Həkim  AÇIQLADI
26 yanvar 2022 13:25 (UTC +04:00)

"Qapanmalar "Omicron"la bağlı vəziyyəti dəyişməyəcək" - Həkim AÇIQLADI

“Hazırda yoluxma dinamikası demək olar ki, binar, yəni ikiyə qatlanaraq artmaqla gedir”. 

Bu sözləri Lent.az-a açıqlamasında həkim-infeksionist Nicat Əzimli deyib. O bildirib ki, “Omicron”un əvvəldən məlum olan əlamətidir:

“Əlamətlər daha çox burun və ya boğazda qıcıqlanma, asqırma, quru öskürək, baş ağrısı, boğaz ağrısı, səsin batması, əzələ ağrıları, yorğunluq, iştahasızlıq, gecə tərləmələri, üşütmə, qızdırma, bəzən qusma və s. şəklindədir. Bunlardan ən çox rast gəlinəni, xəstələrin 68 faizində qeydə alınan baş ağrısıdır. “Omicron” əvvəldən daha çox bu əlamətlə özünü göstərir. Daha sonra digər əlamətlər inkişaf edir”.

İnfeksionistin sözlərinə görə, qapanmalara gedilməsinin vəziyyəti dəyişməyəcək:  

“Omicron” qapanma şəraitində belə yoluxma saylarını artırmağa davam edəcək. Yoluxmaların sürətlə artması bir cəhətdən səhiyyə sektoru başda olmaqla bir çox sektora öz mənfi təsirini göstərdiyi üçün arzuolunmaz sayılır. Lakin, eyni zamanda kütləvi immunitet üçün müsbət hal da hesab oluna bilər”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1902
avatar

Aytəkin Cəlali

Oxşar yazılar