Qanunsuz fəaliyyət göstərən sex
24 dekabr 2020 14:29 (UTC +04:00)

Qanunsuz fəaliyyət göstərən sex

Qanunsuz süd məhsulları istehsal edən müəssisə aşkarlandı -FOTO

0

Ağcabədidə qanunsuz fəaliyyət göstərən süd məhsullarının qəbulu və  istehsalı sahələri aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Agentliyinin Ucar regional bölməsinin əməkdaşları tərəfindən dekabrın 23-ü Ağcabədi rayonu, Boyat kəndində fəaliyyət göstərən Əliyev Yaşar Nizami oğluna məxsus və Ağcabədi rayonu, Hindarx qəsəbəsində fəaliyyət göstərən Rüstəmov Ramiz Baxşeyiş oğluna məxsus süd qəbulu və saçaqlı pendir istehsalı sahələrində monitorinqlər həyata keçirilib. Keçirilən monitorinqlər zamanı hər iki müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən, baytarlıq sanitariya və sanitar gigiyena qaydalarına əməl etmədiyi və heç bir texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi aşkar olunub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq emal sahələrinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1411

Oxşar yazılar