Qalmaqallı internat evi ilə bağlı niyə rəsmi açıqlama yoxdur? - Hüquq müdafiəçisindən SƏRT ÇIXIŞ
03 aprel 2023 11:08 (UTC +04:00)

Qalmaqallı internat evi ilə bağlı niyə rəsmi açıqlama yoxdur? - Hüquq müdafiəçisindən SƏRT ÇIXIŞ

“Hər kəs elə bilir ki, o uşaq dəlidir və buna görə də xəstəxanadadır”.

Bu sözləri Lent.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova son günlərdə gündəm olan 3 saylı uşaq evi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Mehriban Zeynalova sosial şəbəkələrdə böyük müzakirə məsələsinə çevrilən internat evi ilə bağlı müəyyən qurumların reaksiya vermədiyini dilə gətirib:

“Sosial şəbəkələrdə 3 saylı internat məktəbindəki uşaqla bağlı müzakirələr dayanmır. Əvvəlcə internat məktəbində uşaqlara yemək verilməməsi məsələsi gündəmə gəldi. Bir çoxları buna elə də diqqət yetirmədi. Amma həmin paylaşımdan sonra uşağın dərhal xəstəxanaya yerləşdirilməsi qərəz kimi görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı açıqlama verdi. Amma əsas qurumlar var ki, onlar hələ də bu məsələ ilə bağlı heç bir reaksiya verməyib. Bununla da artıq hər kəs düşünür ki, uşaq düz deyir və ona görə də o cəzalandırılıb. Bütün bu hadisələrin tezliyi onu göstərir ki, burada qərəz var. Ola bilər ki, həmin uşaq xəstəxanada sadəcə olaraq davranış pozğunluğuna görə, psixiatr nəzarəti altındadır. Amma ki, aidiyyəti qurumlar açıqlama vermir deyə hər kəs elə bilir ki, o uşaq dəlidir və buna görə də xəstəxanadadır”.

Qeyd edək ki, bir müddətdir ki, sosial şəbəkələrdə sözü gedən uşaq evində qalan azyaşlının videosu yayılıb.

Videolarda azyaşlı müəssisədə uşaqlara quru çörək verildiyini iddia edir:

“Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

Xatırladaq ki, uşaq bu hadisədən sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2679
avatar

Arzu Qurbanlı

Oxşar yazılar