Polis nişan mərasimini dağıtdı - VİDEO
12 aprel 2021 13:09 (UTC +04:00)

Polis nişan mərasimini dağıtdı - VİDEO

Paytaxtın Sabunçu rayonunda nişan mərasiminin keçirilməsi aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsində yaşayan Ö. Bəşirovun sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq evində övladına nişan mərasimi təşkil etdiyi məlum olub.

Polislər tərəfindən mərasimin qarşısı alınıb. Orada iştirak edən ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Polis nişan mərasimini dağıtdı

# 1722
avatar

Oxşar yazılar