Polis əməkdaşları hava şəraiti ilə əlaqədar fasiləsiz xidmət aparır - VİDEO
03 yanvar 2026 01:03 (UTC +04:00)

Polis əməkdaşları hava şəraiti ilə əlaqədar fasiləsiz xidmət aparır - VİDEO

0

Kəskin hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən hazırda fasiləsiz xidmət davam edir.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, dağlıq ərazilərdə, şəhər mərkəzləri ilə yaşayış məntəqələrini birləşdirən yollarda, eləcə də magistrallarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Avtomobillərin hərəkətinin fasiləsizliyini təmin etmək üçün xidmətə əlavə polis naryadları cəlb edilib.

Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan təmizlənir, gecə saatlarında baş verməsi ehtimal olunan buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülür.

Mövcud hava şəraiti ilə bağlı DİN-in “102” Xidməti Zəng-Mərkəzinə daxil olan çağırışlar üzrə avtomobil yollarında vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilir.

Hal-hazırda xidmət fasiləsiz davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar