Şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov
22 may 2021 16:11 (UTC +04:00)

Şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov

Polad Həşimovun şəxsi əşyaları muzeyə verildi

Şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

Muzeydən Lent.az-a verilən məlumata görə, əşyalar Polad Həşimovun həyat yoldaşı və oğlu tərəfindən muzeyə təqdim edilib.

Bunlar şəhidin istifadə etdiyi hərbi geyim - səhra geyim formasından ibarətdir. Formanın üzərində general-mayor Polad Həşimovun adı və soyadı həkk olunub.

Qeyd edək ki, P.Həşimovun şəxsi əşyaları muzeydə yeni yaradılan “Anadır arzulara hər zaman, Qarabağ” adlı sərgidə nümayiş olunacaq.

# 1548
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar