Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun heykəli hazırlanıb.
Lent.az -a danışan heykəlin müəllifi Təbriz Soltanlı bildirir ki, əsəri diplom işi olaraq hazırlayıb:
"Rəssamlıq Akademiyasinda hazırlamışam. Eskizləri etdim daha sonra rəhbərim, professor xalq rəssamı heykəltəraş Akif Əsgərov ve Ömər Eldarov təsdiq etdi. Həmin eskizlər əsasında hazırlamağa başladım. Əsərin hündürlüyü 2metr 20 santimetrdir.
Heykəli tam bitirmək üçün xırda işlər qallb. Yaxın günlərdə yekunlaşacaq".
Təbriz Soltanlı bildirir ki, əsərin hazırlanmasına 2 aya yaxın vaxt sərf edib.