Yol polisi Göygöldə reyd keçirib.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan Lent.az-a verilən xəbərə görə, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib.
Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 10 nəfər barəsində müvafiq tədbir görülüb.