Peyvənd vurduranlara bu məhdudiyyətlər tətbiq olunmaya bilər
29 mart 2021 18:58 (UTC +04:00)

Peyvənd vurduranlara bu məhdudiyyətlər tətbiq olunmaya bilər

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, peyvəndləmə prosesinin hər iki mərhələsini başa çatdırmış şəxslərə güzəştlər tətbiq olunacağı gözlənilir. Peyvəndləmə prosesinin hər iki mərhələsini yekunlaşdıranlara “SMS icazə” və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər.

Bu barədə APA-ya tibbi mənbələrdən bəlli olub.

Məlumata görə, koronavirusa yoluxma sayındakı kəskin artımlar yenidən karantin rejiminin sərtləşdirilməsini aktuallaşdırır. Belə vəziyyətdə isə peyvəndləmə  prosesinin hər iki mərhələsini həyata keçirənlərə məhdudiyyət tətbiq olunmaması müzakirə edilir.

Qeyd edək ki, Azərbaycan Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl peyvəndləmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu qeyd etmişdi.

Xatırladaq ki, əvvəlcə Azərbaycanda 50 yaş üzəri şəxslərin peyvəndləmə prosesi başladılıb. Hazırda hökumət 40 yaş üzəri şəxslərin peyvəndləmə prosesindən istifadə edə biləcəyini açıqlayıb.

Peyvənd vətəndaşlar üçün pulsuzdur. Azərbaycan dövləti bu proses üçün Çinin "Sinovac" şirkətinin istehsalı olan 4 milyon ədəd “CoronaVac” peyvəndi ölkəyə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3423
avatar

Oxşar yazılar