Peyvənd olunanlar yoluxdurucudur? - Həkimdən  AÇIQLAMA
26 aprel 2021 15:23 (UTC +04:00)

Peyvənd olunanlar yoluxdurucudur? - Həkimdən AÇIQLAMA

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzusu şəxs peyvənd olunandan sonra ətrafdakılar üçün təhlükəli olub olmamasıdır.
Həkim, infeksionist Vüqar Cavadzadə bildirir ki, peyvəndlənməyə cəlb edilən insan praktik cəhətdən sağlam olmalıdır:

Həkim, infeksionist Vüqar Cavadzadə

“Peyvənd olunan şəxs koronavirusa yoluxmamalı və daşıyıcısı olmamalıdı. Peyvəndlənmə profilaktik məqsədlə tam sağlam şəxslər üzərində aparılır. Bu insanlar peyvənd olunduqdan 28 gün sonra ikinci dəfə peyvənd olunur. Bu müddət ərzində 40-42 günə immunitet yaranır. İmmunitet yaranana qədər peyvənd olunan insan ətrafdakılar üçün təhlükəlidir. Bu insanlar digər şəxslərin virusa yoluxmasına səbəb ola bilərlər”.

Vüqar Cavadzadə bildirir ki, ilk peyvəndlənməyə cəlb olunan insan “artıq virusa yoluxmayacam”, fikrinə düşməməlidir:

"Birinci peyvənddən sonra yoluxma ola bilər. Çünki immunitet hələ formalaşmayıb. Hətta ikinci peyvənddən sonra da yoluxma müşahidə oluna bilər. Ən azı 2-3 həftə keçməlidir ki, immun formalaşsın. Hər iki peyvəndi qəbul edən şəxs ya virusa yoluxmayacaq, ya da yüngül keçirəcək. Belə olan halda təbii ki, ölüm halları da az olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15387
avatar

Nigar Adil

Oxşar yazılar