Pedofil milyonçu Ceffri Epşteyn 26 yaşlı bir qıza təcavüz edib və sonra onu timsahlara yedizdirəcəyi ilə hədələyib.
Lent.az bildirir ki, bu barədə “New York Post” ötən həftə təqdim edilən məhkəmə materiallarına istinadən xəbər verir.
İş materiallarda hadisənin 2008-ci ildə Epşteynin Palm-biç malikanəsində baş verdiyi deyilir. Milyonerə köməkçisi və sevgilisi Qisleyn Maksvell kömək edib.
- "Nikah müqaviləsi məcburi olmalıdır" - Fazil Mustafa
- Bu yerlərə qışdakı kimi qar yağacaq - Sabahın HAVASI
- Mehriban Əliyeva və Leyla Əliyeva 1 saylı körpələr və 1 saylı uşaq evində olublar
Bundan sonra Epsteyn qızı timsah hovuzuna aparıb və təcavüz haqqında kiməsə danışsa sürünənlərə yedizdirəcəyi ilə hədələyib. Zərərçənin adı açıqlanmayıb.
Ceffri Epsteyn, 14 yaşındakılar da daxil olmaqla, qızları cinsi istismara və istismar etməsinə icazə verən bir cinayət şəbəkəsi yaratmaqda günahlandırılır.
Bəzi məlumatlara görə, 2019-cu ilə qədər insan alveri ilə məşğul olub.
Amerikalı maliyyəçi 2019-cu il iyulun 6-da Nyu-Yorkda tutulub. Elə həmin ilin avqust ayında məhkəmə gözləmədən həbsxana kamerasında öz həyatına son qoyub.