Paytaxtın bəzi yollarında sürət həddi  endirildi
14 aprel 2026 21:51 (UTC +04:00)

Paytaxtın bəzi yollarında sürət həddi endirildi

0

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Qeyd olunur ki, hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat  endirilib. 

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol ” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar