“Koronavirus öz gücünü itirməkdədir. “Omicron” ştammı koronavirusun sonuncu mutasiyası ola bilər”.
Lent.az xəbər verir ki, bu sözləri rusiyalı professor Ludmila Ratnikova deyib.
O bildirib ki, “Omicron” mutasiyasından sonra pandemiya başa çatacaq.
Onun dediyinə görə, bütün viruslar öz gücünü nə vaxtsa itirir: ““Omicron” yüksək yoluxuculuğa malik olsa da, onun epidemoloji aktivliyi çox azdır. Ona görə də bundan sonra virusun digər mutasiyaları meydana çıxmayacaq”.