Ötən il xarici ölkələrdə ölən azərbaycanlılarla bağlı AÇIQLAMA
01 fevral 2021 11:07 (UTC +04:00)

Ötən il xarici ölkələrdə ölən azərbaycanlılarla bağlı AÇIQLAMA

2020-ci ildə xaricdə yaşayan bir neçə soydaşımızın ölüm xəbəri gəlib.

Diasporla iş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən xəbərə görə, istər diaspor təşkilatlarından, istərsə də vəfat edən şəxslərin ailə üzvlərindən əzizlərinin, yaxınlarının nəşinin vətənə gətirilməsi ilə bağlı Komitəyə daxil olan hər bir müraciətə anında cavab verilib. 

Ötən il komitə və müxtəlif ölkələrdəki diaspor təşkilatları xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşinin ölkəyə gətirilərək ailələrinə təhvil verilməsində yaxından iştirak edib. Amerika Birləşmiş Ştatları, Kuba, Polşa, Belçika, Fransa və Rusiyada dünyasını dəyişən soydaşlarımızın vətəndə torpağa tapşırılması üçün Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də bir çox diaspor təşkilatları lazım olan vəsaiti ödəməyi də öz üzərinə götürüb. 

Bu proses təkcə müəyyən vəsaitlərin ödənilməsi ilə müşayiət olunmur, burada cənazələri gətirən şəxslərin də ölkəyə gəlişinin təşkil edilməsi,  bununla bağlı müvafiq qurumlarla danışıqların aparılması da vacibdir. Komitə ötən il yaxınlarının nəşini Azərbaycana gətirən onlarla soydaşımızın heç bir çətinliklə qarşılaşmadan tez bir zamanda ölkəyə gəlməsi üçün lazım olan bütün addımları atıb.

Qeyd edək ki, xaricdə dünyasını dəyişən azərbaycanlıların ölüm səbəbləri intihar, qətlə yetirilmə, suda və qazdan boğulma, koronavirus infeksiyası, eləcə də bəzi digər xəstəliklər olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1350
avatar

Oxşar yazılar