Ötən il neçə qaziyə əlillik verilib? - CAVAB
07 yanvar 2022 12:51 (UTC +04:00)

Ötən il neçə qaziyə əlillik verilib? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu əlillik verilmiş Vətən müharibəsi iştirakçılarının sayı ilə bağlıdır.

Ötən ilin yanvarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər müvafiq dövlət qurumları ilkin olaraq ağır hal kimi qiymətləndirilən 3805 qazinin qiymətləndirilməsini aparıb.

Bəs ümumilikdə neçə Vətən müharibəsi iştirakçısına əlillik təyin olunub?

Lent.az-ın bu sualını Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov cavablandırıb. O bildirib ki, 3805 qazidən 3729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb:

“2021-ci il ərzində Vətən müharibəsinin 2500-dən artıq qazisinə əlillik təyinatı aparılıb. Ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyaları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Aytəkin Cəlali

Oxşar yazılar